SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Səhər saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

Milli.Az xəbər verir ki, saat 08.50-də "Həzi Aslanov"dan "Dərnəgül"ə doğru hərəkət edən qatarın "Gənclik" stansiyasında qatardan təxminən 50-55 yaşlı kişi sərnişinlərin köməkliyi ilə huşsuz vəziyyətdə düşürülüb.

Şahidlərin dediklərinə görə, həmin qatarda yaranan sıxlıq sonrası həmin şəxsin halı qəfil pisləşib.

Hadisədən xəbər tutan metro işçisi və polis əməkdaşı dərhal səhhəti pisləşən şəxsə yardım göstərməyə çalışıblar.
 
BAKU.WS