VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
29.03.1987-ci ildə Tərtər rayonunda anadan olmuş, Gəncə şəhərində kirayənişin kimi yaşamış Şəlalə Səmədova bu il sentyabrın 15-də yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo”y daxil olan xəbərə görə, itkin düşmüş bu şəxsin xarakterik əlamətləri aşağıdakılardır:

Boyu 1 metr 65 santimetr, orta köklükdə, saçları və gözlərinin rəngi qaradır.

Evdən gedərkən əynində göy rəngli cins şalvar və zərli kofta, ayağında isə idman ayaqqabısı olub.

Şəlalə Səmədovanı görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 256-07-73, (022) 266-33-75 nömrəli şəhər, eyni zamanda, (050) 327-58-50, (055) 331-24-24 nömrəli mobil telefonlara zəng edərək Gəncənin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.
 
BAKU.WS