SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda "KamAz” sürücüsü qəza törədib. Hadisə Nizami rayonu, Qara Qarayev prospektində baş verib.


BAKU.WS-in musavat.com-a istinadən xəbər verir ki, sürücü prospektin "Nefçilər dairəsi” adlanan ərazisində idarəetməni itirib və yol kənarında olan ağaclara çırpılıb.


Qəza zamanı xəsarət alan olmayıb. Yol infrastrukturuna ciddi ziyan dəyib. Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya səbəb sürücünün sükan arxasında yatması olub.


"KamAZ” yüksək sürətlə hərəkət etməsə də, sürücü yatdığı üçün yoldan çıxıb və ağaclara çırpılaraq aşıb. "KamAZ”-da olan çınqıl yola dağılıb.

 

BAKU.WS