SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda dəhşətli qəza baş verib.


Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Məlumata görə, Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında "Ford” markalı mikroavtobus yüksək sürətlə gedərkən qarşıdakı maşına çırpılıb və aşıb.

Qəza nəticəsində ölənlərin olduğu deyilir. 

Məlumatı dəqiqləşdirmək üçün Baş Dövlət yol Polis İdarəsilə əlaqə saxladıq. İdarənin növbətçi hissəsindən BAKU.WS-ə bildirdilər ki, hadisə olub. Lakin hadisə barədə dəqiq məlumatlar yoxdur.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə bildirdi ki, bu barədə məlumatı yoxdur. Bölmə rəisi əlində vacib iş olduğunu dedi və onu narahat etməməyi xahiş etdi.

"Hər qəza olanda məni narahat etməyin. Yanımda yoldaşlar var. Mənə qəza barədə deməyiblər”, - deyə Kamran Əliyev bildirdi.

 

BAKU.WS