VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakının Sabunçu rayonunda baş verən qətlin təfərrüatı məlum olub.

"Report”un əldə etdiyi məlumata görə, qətl hadisəsi Sabunçu rayonun Pirşağı qəsəbəsində yerləşən körpünün üzərində baş verib.

Məlumata görə, 21 Nurlan Quliyev dayısı oğlu Mahir Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. Belə ki, M.Quliyev bir həftə əvvəl evlənmək məqsədi ilə N.Quliyevin bacısını qaçırıb.

N.Quliyev körpünün üzərində dayısı oğlu ilə əvvəlcə mübahisə edib. Daha sonra o, M.Quliyevin ürək nahiyəsindən bıçaqla zərbə vurub və onu körpünün üzərindən aşağı yamaca doğru atıb. M.Quliyev dünyasını dəyişib.

Qeyd edək ki, qətlə yetirən və qətlə yetirilən Ağdam rayonundan məcburi köçkün düşən şəxslərdir.
 
BAKU.WS