VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ötən gün "Azneft” İB-nin "28 May” adına NQÇİ-nin "Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib. 
 
BAKU.WS-in məlumatına görə, saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib.
 
Dərhal DYMX-nin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri  "Vixr-5” yanğınsöndürmə  gəmisinə təxliyyə ediblər. 
 
Yanğın hadisəsinin videosunu təqdim edirik: 
 
Nazim Babayev
BAKU.WS