SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün Amerikanın məşhur ticarət mərkəzlərinin birinin qarşısında baş verən hadisə dünya mətbuatında böyük qalmaqala səbəb olub.


BAKU.WS
-in məlumata görə, ticarət mərkəzinin qarşısında avtomobil dayanacağının girişində 36 yaşlı Kimberli Cekson adlı qadınla Erli Palmer adlı kişi cinsi əlaqədə olarkən yaxalanıblar.

Hadisə günorta saatlarında baş verdiyi üçün ərazidən keçən insanların gözündən yayınmayıb. Ticarət mərkəzinə alış-verişə gələnlər olanları telefon vasitəsilə çəkiblər. Sonradan hadisə yerinə gələn polis cütlüyü tutub. Müayinə zamanı qadınla kişinin sərxoş olduqları məlum olub.

Polis onlara ərazidə əxlaqsızlığı təbliğ etdikləri üçün cərimə yazıb. Sonradan amerikalı müxbirlərin suallarına cavab verən cütlük sekslə məşğul olarkən özlərində olmadıqlarını bildiriblər. Qadın bir də belə etməyəcəyini desə də, kişi özünə cavabdeh olmadığını vurğulayıb.

"Hər kəs nəyisə çox arzulayırsa, onu edir.. Mən bilmirəm ki, bir də belə edə bilərik, yoxsa yox. Çünki içkili olarkən özümə cavabdeh olmuram”, - deyə Erli Palmer bildirib.

Ziya Səccad
BAKU.WS