VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Məkkə şəhərində Məscidi Həramda baş vermiş faciədə ölən və yaralılar arasında azərbaycanlı zəvvarlar olmayıb.

Bu barədə BAKU.WS-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. Onun sözlərinə görə, azərbaycanlı zəvvarlar ziyarət marşrutu üzrə dünən Mədinə şəhərinə uçublar.


"Dünən baş vermiş faciədən biz də çox üzüldük. Şükrlər olsun ki, hadisə zamanı azərbaycanlı zəvvarlar orada olmayıblar. Bizim zəvvarlar hələ bu gün Məkkəyə gedəcəklər. Dünən ziyarət planına əsasən Mədinə şəhərində gediblər”, - deyə Rəhimə Dadaşova bildirib.

Xatırladaq ki, dünən Kəbədə ildırım düşməsi nəticəsində qaldırıcı kran aşaraq yaxınlıqdakı tikilinin divarını uçurub. Məkkə Mülki Müdafiə komissiyasının sosial şəbəkədəki səhifəsində bildirilir ki, ölənlərin sayı 100-ü ötüb. Həmçinin bildirilir ki, yaralıların sayı 240-dır. Əmirlik rəsmiləri bildirirlər ki, xəsarət alanlara lazımı yardımlar göstərilir. Bunun üçün Səudiyyə Ərəbistanı qurumları gücləndirilmiş iş rejimində çalışırlar.

Ziya Səccad
BAKU.WS