SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tovuz rayonunda xeyli miqdarda araq və siqaretin qanunsuz yolla sərhəddən keçirilməsinin qarşısı alınıb.
 
Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən BAKU.WS-ə daxil olan məlumatda bildirilir.

Məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, "Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn mikroavtobusa gömrük baxışı keçirilib.

Baxış zamanı, həmin nəqliyyat vasitəsinin yük yerində, mikroavtobusda sərnişin qismində əyləşən Azərbaycan vətəndaşına məxsus sellofan torbalarda Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış - 244 ədəd 0,5 litrlik, 20 ədəd 1 litrlik xarici markalı araqlar, 18 min ədəd isə xarici markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
 
Şahin Həbibov
BAKU.WS