SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sumqayıt şəhərində vətəndaşa məxsus evin həyətində yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, nəticədə ərazidə 5 m2 sahədə taxta tullantıları və "ZAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Hadisə zamanı avtomobilin sahibi yanıq xəsarəti alıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın saat 12:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
BAKU.WS