VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda yol polisinin döyülməsi ilə nəticələnən insident baş verib

BAKU.WS
-inməlumatına görə, bu barədə hadisə şahidləri Musavat.com-a bildiriblər.

Hadisə sentyabrın 8-də Nəsimi rayonu ərazisində A.Mustafayev küçəsində baş verib. Həmin ərazidə Dövlət Yol Polis İdarəsinin əməkdaşları 10 CA 030 dövlət nömrə nişanlı "Niva” markalı maşını saxlayıblar.

Səbəb maşında uzaq vuran əlavə işığın quraşdırılması olub. Bu zaman sürücü ilə DYP əməkdaşı, baş serjant Səbuhi Zeynalov arasında mübahisə yaranıb. Daha sonra sürücü maşını qoyaraq hadisə yerindən qaçıb.

"Niva”da olan sərnişin isə polisi döyərək hadisə yerindən uzaqlaşıb. Araşdırma zamanı sürücünün Şamil Rüstəmov olduğu məlum olub. Polisi vuran şəxs isə Məhərrəm Səfərov olub.

Hər iki şəxsin saxlanıldığı bildirilir.

Ziya Səccad
BAKU.WS