SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhərində gecə saatlarında fəaliyyət göstərən bir qrup maşın oğrusu "fəaliyyət”lərini genişləndirirlər.

BAKU.WS
-in məlumatına görə, oğrular indi də Yasamal rayonu ərazisinə dadanıblar.

Bu barədə vətəndaşlar BAKU.WS-ə şikayət ediblər. Vətəndaşların sözlərinə görə. həmin şəxslər gecə saatlarında vətəndaşların avtomobillərinə hücum çəkirlər. Onlar maşınlaırn şüşələrini sındırır və içəridəki qiymətli əşyaları, pulu və sənədləri oğurlayırlar.

Bundan başqa, oğrular həm də Sumqayıt şəhərində fəaliyyət göstərirlər. Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov BAKU.WS-ə açıqlamasında araşdırma aparılacağını bildirdi. Qurum rəisi bildirdi ki, oğurluq halları ilə qarşılaşan vətəndaşalr mütləq polisə xəbər versinlər.

"Əmlakına ziyan dəyən və quldurluq halları ilə üzləşən vətəndaşlar "102” saylı qaynar xəttə və ərazi üzrə polis bölməsinə xəbər versinlər. Məlumat verilən kimi dərhal hadisə araşdırılacaq və cinayətkarlar cəzasına çatacaq”, - deyə Ehsan Zahidov bildirib.

Qeyd edək ki, Bakıda gecə oğruları barədə BAKU.WS məlumat vermişdi. http://az.baku.ws/incident/1421-bakda-gec-orular-gizli-kameraya-dudu-foto-vdeo.html

Ziya Səccad
BAKU.WS