SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gün Sumqayıt şəhəri ərazisində 8 ədəd partlamamış hərbi sursat aşkar edilib.

Bu barədə BAKU.WS-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində körpüdən poleqona gedən yolda 8 ədəd partlamamış hərbi sursat (2 ədəd 100 mm-lik top mərmisi, 3 ədəd 85 mm-lik top mərmisi, 1 ədəd 57 mm-lik top mərmisi, 1 ədəd 37 mm-lik top mərmisi və 1 ədəd 82 mm-lik minaatan mərmi) aşkar edilərək götürülüb.

Bu gün həmçinin, Ağdam rayonu Zəngişalı kəndində əkin sahəsində 3 partlayış yerinə baxış keçirilsə də, partlamamış hərbi sursat aşkar edilməyib.

Ümumilikdə 13 iyul tarixində 5500 kv.m ərazi yoxlanılıb.
 
BAKU.WS