VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Lənkəran rayonunda tikintidə çalışan fəhlə ciddi xəsarət alıb.

BAKU.WS "Report"a istinadla məlumat verir ki, hadisə rayonun Liman şəhərində baş verib. 

Şəhər sakini, 31 yaşlı Fərman Cavadlı fərdi tikinti sahəsində motorlu kəsici alətlə (laqunda) işlədiyi zaman ehtiyatsızlıqdan özünə xəsarət yetirib. Hadisənin şahidi olan iş yoldaşları onun tavan hissədə bərkidilmiş taxta lövhəni kəsdiyi zaman ehtiyatsızlıq etdiyini görüblər. Üzüyuxarı çalışdığı an əlində sürətlə fırlanan diskli kəsici alət onun alın və sifətinin sağ tərəfini kəsib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralı əməliyyat olunub. 
 
BAKU.WS