SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Cəlilabadda 1 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. 
 
BAKU.WS Report-a istinadən məlumat verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 125 -ci km-də qeydə alınıb.
 
Cəlilabad rayon Musalı kənd sakini Zaur Babayev "Vaz-21015” markalı avtomobili ilə Bakı istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn Bakı şəhər sakini Xanağa Nəzərovun idarə etdiyi avtomobillə toqquşub. Nəticədə "Vaz-21015” markalı avtomobildə olan sərnişin Fariz Rəsulov hadisə yerində dünyasını dəyişib. 
 
Hər iki avtomobilin sürücüləri və sərnişinləri Məhəmməd Məmmədov, Telman Əbilov və həyat yoldaşı Dilbər Əbilova yaralı halda Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 
 
Telman Əbilovun qolu qırılıb, həyat yoldaşı D. Əbilova isə qol, ayaq və bədənin müxtəlif hissələrindən xəsarət alıb.
Hazırda T.Əbilov və D.Əbilova Bakıya xəstəxanaya gətirilirlər.
 
Qeyd edək ki, T. Əbilov Azərbaycanın hərbi ekspertidir. O, ehtiyatda olan ədliyyə mayorudur. 

Xatırladaq ki, T.Əbilov və D.Əbilova "Qafqazinfo" portalının redaktoru Günel Əbilovanın valideynləridir.