VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda mənzillərə girərək, vətəndaşları döyüb, təhqir edən və talayan cinayətkar dəstə üzvləri zərərsizləşdirilib.


Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Cinayət Axtarış İdarəsi, Xəzər rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 1-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 1-də saat 12:20 radələrində H.Z.Tağıyev küçəsində yeni yaşayş sahəsində yaşayan 1946-cı il təvəllüdlü Nelli Seyfullayevanın evinə maskalanaraq açıq qapıdan daxil olmaqla, onun əl-qolunu bağlayıb 1000 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər müəyyənləşib.


Əməliyyat nəticəsində Sabirabad rayon sakini, 1983-cü il təvəllüdlü İlham Zakir oğlu Abbasov, Abşeron rayon sakini, 1986-cı il təvəllüdlü Əli Xanəli oğlu Quliyev və Lənkaran rayon sakini, 1985-ci il təvəllüdlü Teyyub Əhmədulla oğlu Teymurov tutulub.

Şübhəli şəxslər ətrafında, əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.

Ziya Səccad
BAKU.WS