SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gecə Bakı Dəniz Limanında güclü yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yanğın binanın 2-ci mərtəbəsində qeydə alınıb.

Məlumat daxil olan kimi hadisə yerinə 3 yanınsöndürən maşın və canlı qüvvə cəlb olunub.  Məlum olub ki, yanğın ümumi sahəsi 120 kv.m olan mətbəxdə  1 ədəd kartof bişirən aparat yanıb.

Mətbəx yanğından mühafizə olunub. Yanğın saat 05:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Ziya Səccad

Video və foto: Zaur Yaqubov
BAKU.WS