SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Azərbaycanda baş verən zəlzələ Türkiyədə də hiss olunub.

BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, bu gün səhər saatlarında Azərbaycan ərazisində baş verən zəlzələ Türkiyənin Iğdır və Ərzurum şəhərlərində də hiss olunub.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 09:49-da Şəki ərazisində də zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 6-5 bala qədər hiss olunub. Seysmoloji Xidmət mərkəzi zələzələnin afterşokları olacağını bildirib. Xidmət budəfəki təkanların nisbətən zəif olacağını və əhalini fahiməyə düşməməyə çağırıb. 

Bu gün saat 09.51 radələrində Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Şəki, Qəbələ, İsmayıllı, Tovuz, Salyan, Sabirabad rayonlarında, Şirvan və Mingəçevir şəhərlərində qeydə alınıb.
 
Ayşən Ayxan 
BAKU.WS