SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bərdədə canavarlar fermaya hücum edib. ANS PRESS-in məlumatına görə, hadisə rayonun Əyricə kəndində qeydə alınıb. Kənd sakini Hörmət Rüstəmovaya məxsus fermaya gecə saatlarında canavarlar hücum edərək ona məxsus 50 baş qoyuna xəsarət yetirib. Məlumata görə, vəhşi heyvanlar 4 baş qoyunu aparıb, 12 qoyunu öldürüb, 25 qoyunu isə yaralayıb.

Hadisədən ferma sahibləri bu gün səhər saatlarında xəbər tutublar.

Hazırda Bərdə Rayon Baytarlıq Xidmətinin əməkdaşları kənddə yaralı heyvanlara yardım göstərir, ərazidə dezinfeksiya işləri aparırlar. 

Sahibkara dəyən zərər müəyyən edilir.

Bir neçə gün əvvəl analoji hadisə Lerik rayonunda da baş verib.  "40-cı kilometr" adlanan yaşayış məntəqəsində qoyun tövləsinə canavarlar hücum edib. Qəfil hücumdan hürkən qoyunlar qapını sındıraraq küçəyə çıxıblar.

 

Canavarlar qoyunları çöldə yaxalayaraq parçalayıb. Həmin vaxt qoyunlardan 10-u fermada, 5-6-sı isə kənarda öldürülüb. Daha 10 qoyun yaralanıb, 4-5 qoyun isə yoxa çıxıb.

Hadisə vaxtı sahibkara 3 min manat ziyan dəyib.
 
BAKU.WS