VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda daha bir müəllimə qarşı külli miqdarda dələduzluq edilib.
 
Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakıxanov qəsəbəsinin sakini, 1960-cı il təvəllüdlü Gülbahar Kamal qızı Abbasova polisə ərizə ilə müraciət edərək Rizvan adlı şəxsin onun adına Beynəlxalq Bankdan 93 min manat kredit götürərək mənimsədiyini bildirib. Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.
 
G. Abbasova 252 saylı orta məktəbin müəllimidir.
 
Qeyd edək ki, ötən gün də analoji hadisə qeydə alınıb. Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Əzimova Məhluqə Bəybala qızı Baş Prokurorluğa ərizə ilə müraciət edərək Mədət adlı şəxsin onu aldadaraq 100 min manat pulunu aldığını bildirib. Baş Prokurorluq şikayətin araşdırılması üçün ərizəni aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə göndərib. M. Əzimova 283 saylı ora məktəbin müəllimidir.
 
BAKU.WS