VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Suriyanın şimalındakı Rakka şəhərinin İŞİD-dən alınması üçün günlərdir gözlənilən əməliyyat başlayıb.
 
BAKU.WS-in məlumatına görə, ölkədə 3 istiqamətdə əməliyyatlar başlayıb. Koalisiya təyyarələri Rakka ətrafında terrorçuların mövqelərini bombalayır.

Suriyanın üçüncü böyük şəhəri olan və 2,5 ildir İŞİD-in əlində olan Rakka şəhərinə istiqamətli əməliyyat başlayıb. Əməliyyata 12 min döyüşçünün qatıldığı məlum olub. Demokratik Suriya Qüvvələri ağır silahlarla Rakkanın şimalındakı İŞİD mövqelərini bombalayıb.
 
Əməliyyat çərçivəsində ABŞ liderliyindəki koalisiya təyyarələri Rakkanı bombaladıqdan sonra xalqın Deyr əz-Zor şəhərinə qaçmağa başladığı öyrənilib.

BAKU.WS