SİZİN REKLAM BURADA!
055 213 76 73



İsraildə bir oğlan uşağı əsgərlər tərəfindən işgəncəyə məruz qalıb.


BAKU.WS
-in məlumatına görə, İsrail əsgərlərindən biri qolu sınmış oğlan uşağını yerə yıxaraq döyməyə başlayır. 

Baş verən hadisə digər əsgər tərəfindən videoya çəkilib. Videodan görünür ki, oğlan dəhşətli şəkildə bağırır və kömək istəyir. Bu zaman ətrafda olan qadınlar və bir qız uşağı oğlanın köməyinə yetişir. Əsgərin başına zərbə vuran qadınlar və qız uşağı oğlanı onun əlindən almağa çalışırlar. Ancaq əsgər oğlanı buraxmayaraq əsgər yoldaşlarını köməyə çağırır. Əsgər oğlanı ayağının altına qoyaraq qızı da bir əlilə vurur. Ancaq qadınların möhkəm zərbələri və əsgər yoldaşlarının təkidilə nəhayət oğlan uşağını buraxır. Ərazidən uzaqlaşan əsgər mülki insanlar tərəfə qaz bombası da atır.

 

BAKU.WS həmin görüntüləri təqdim edir.

Ziya Səccad
BAKU.WS