VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Mədəniyyət və Turizm Nazirliyinin Qax rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəfat edib.

"Report" xəbər verir ki, Nəzir Osman oğlu Omarov Şəki şəhərinin "Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasının rəsmi açılış mərasimində iştirak edərkən qəflətən vəziyyəti pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

1954-cü il təvvəllüdlü şöbə müdirinin ürək tutmasından vəfat etdiyi ehtimal olunur.

Qeyd edək ki, N.Omarov 1993-cü ildən Qax rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsində çalışıb. Mərhumun iki oğlu, bir qızı var.
 
BAKU.WS