SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gecə Bakının Nizami rayonunda baş verən dəhşətli cinayət faktı ilə bağlı Daxili İşlər Nazirliyi dərhal əməliyyat keçirib.

 

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun BAKU.WS-ə verdiyi məlumata görə, Rövşən Həsənov üstündə gəzdirdiyi "Makarov" markalı tapança ilə Nadir İbrahimovu qətlə yetirib və hadisə yerindən qaçmağa çalışıb. Lakin polis qüvvələri həmin şəxsi dərhal saxlayıblar və istintaqa təhvil veriblər. Hadisəni törədən şəxsin polis əməkdaşı olması ilə bağlı yayılan məlumatlara gəlincə Ehsan Zahidov bunun həqiqətə uyğun olamadığını bildirib.

"Bəzi saytlar həmin şəxsin polis olduğunu yazıblar. Bu kökündən yanlışdır. Adi vətəndaşdır. Hazırda hadisə ilə bağlı prokurorluqda cinayət işi başlanıb, araşdırma aparılır”, - deyə Ehsan Zahidov bildirdi.


Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov baş vermiş hadisə ilə bağlı Nizami Rayon Prokurorluğunda cinayət işinin başlandığını bildirib. Onun sözlərinə görə, iş üzrə müvafiq ekspertiziyaların təyin edildiyini bildirib.


Onun sözlərinə görə, İbrahimov Nadir idarə etdiyi "Lexus” markalı 90 SF 333 dövlət qeydiyyatlı nömrə nişanlı maşınla qara rəngli 10 VM 006 nömrə nişanlı "Lexus” markalı maşını idarə edən Həsənov Rövşənlə Nizami rayonunda görüşüb. Bu zaman Rövşən Həsənov üstündə gəzdirdiyi "Makarov” markalı tapançadan İbrahimov Nadirə 8 güllə atıb.


İbrahimov Nadir 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) çatdırılsa da dünyasını dəyişib. Qeyd edək ki, ölən şəxs əvvəllər polis işləyib. 

 

Ziya Səccad
BAKU.WS