SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qazaxda 1991-ci il təvəllüdlü kənd sakini minaya düşüb. Hadisə Xanlıqlar kəndində baş verib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, yabanı bitki yığmaq üçün kəndin düşmənlə sərhədə yaxın ərazisinə gedən Kamal Abbasov minaya düşüb.

Kənd sakinlərinin sözlərinə görə, nənəsi ilə yaşayan gənc Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib.

Hadisə nəticəsində yerli sakin sağ ayağını itirib.
 
BAKU.WS