SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dollar ABŞ Mərkəzi Bankının (Fed) rəsmilərinin son açıqlamasından sonra bahalaşmağa başlayıb.
 
BAKU.WS-in məlumatına görə, Fed rəsmilərinin dolların uçot dərcəsinin artırılacağı xəbərdarlıqlarından sonra ABŞ milli valyutası 4 ay ərzində ilk dəfə bu qədər sürətlə bahalaşmağa başlayıb. 
 
Fed rəsmiləri dolların uçot dərcəsinin yaxın bir ay ərzində artırılacağını güman edir. Bu xəbərlərin fonunda dollar avro qarşısında 0,10% bahalaşaraq 1,1163 USD/EURO səviyyəsinə yüksəlib. Dollar Yen qarşısında isə 0,08% bahalaşaraq 112,99 USD/YEN səviyyəsinə çatıb.  
 
BAKU.WS