SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyanın Rostov-na-Donu şəhərində Rusiyaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində ekipaj üzvləri daxil olmaqla 61 nəfər olub.
 
BAKU.WS-in məlumatına görə, onlardan 55-i sərnişin, o cümlədən 4 uşaq, 7-si isə heyət üzvləri olub. Onların arasında Azov rayon admnistrasiyasının rəhbərinin keçmiş həyat yoldaşı və qızı da olub. Onlar Dubaydan istirahətdən qayıdırdılar. 
 
Qəzaya səbəb kimi, pis hava şəraitinə görə təyyarənin eniş zolağından kənara düşməsi göstərilir. Belə ki, ilk cəhddə təyyarəni endirə bilməyən pilotlar ikinci dövrə vurmaq istəyiblər. lakin bu zaman təyyarənin quyruq hissəsi yerə çırpılıb. 

Rostov vilayətinin qubernatoru Vasili Qolubayevin sözlərinə görə, hələlik qəzaya səbəb kimi başqa versiyalara baxılmır. 

BAKU.WS