SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Birləşmiş Millətlər Təşkilatı və Kolumbiya universiteti birgə yeni araşdırma aparıb.
 
BAKU.WS-in məlumatına görə, araşdırmada dünyanın ən xoşbəxt ölkələrinin adlarına aydınlıq gətirilib. Siyahıda Azərbaycan 81-ci yerdə qərarlaşıb. Siyahıda qonşu ölkələrdən Ermənistan 121-ci, Gürcüstan 126-cı, Türkiyə 78-ci, İran isə 105-ci sırada özünə yer tapıb.

Tədqiqata əsasən, Suriya, Əfqanıstan, həmçinin Afrikanın cənubundakı daha 8 ölkə ən az xoşbəxt ölkələr siyahısına düşüb. On ən xoşbəxt ölkə arasında ilk sıranı Danimarka tutub. Bu ölkəni İsveçrə, İslandiya, Norveç, Finlandiya, Kanada, Niderlandlar, Yeni Zelandiya, Avstraliya və İsveç izləyib. Ötən il Danimarka İsveçrə və İslandiyadan geri qalaraq 3-cü sırada qərarlaşmışdı. 

Siyahıda Burundi ən az xoşbəxt olan ölkə olub. ABŞ siyahıda 13-cü, Böyük Britaniya 23-cü, Fransa 32-ci, İtaliya isə 50-ci yerdədir. Ümumilikdə siyahıda 157 ölkə yer alıb. 
 
BAKU.WS