VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu ilin fevral ayının 8-də intihar edən 22 yaşlı tələbə Nigar Vahabovanın bacısı Aytac Vahabova cinayət işini aparan müstəntiq Cahangir Şükürovdan şikayətçidir. O bildirir ki, cinayət işi operativ aparılmır.

Bu barədə "Bizim Yol”-a müraciət edən A.Vahabova bacısının ölümündə Nigarın keçmiş sevgilisi Əliyev Bəhruz Şakir oğlunu ittiham edir: "Nigarın həyatında Bəhruz Əliyev adlı şəxs olub. Onlar 2 il yarım münasibətdə olublar. Tanışlıqlarından 2 ay sonra Nigar biləndə ki, o əvvəllər evli olub münasibətlərini bitirmək istəyib. Bu hadisə 2014-cü ildə baş verib. Bəhruz isə ondan əl çəkməyib və onu izləməyə başlayıb. Hətta onu bıçaqla hədələyib xəsarət də yetirmişdi. Bununla bağlı biz Yasamal rayonu 29-cu Polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdik.
 

  

İki ay Bəhruzdan səs çıxmadı. Amma sonra yenidən Nigarı izləməyə başladı. Biz yenə polisə müraciət etdik, amma polis heç nə etmədi. Nigarın ölümündən 2 gün əvvəl, yəni fevralın 6-ı Bəhruz bacımın arxasınca iş yerinə gedib və orada dava salıb. Bu zaman bacım Daxili İşlər Nazirliyinin "102 Xidməti"nə zəng edib və hadisə yerinə polis çağırıb, heç kim gəlməyib. Bacım ikinci dəfə 102-yə zəng edib və "Məni Bəhruz Əliyev hədələyir, oldürmək istəyir, əgər mənə nəsə olsa, bilin ki, o edib" deyə söyləyib. Bu zaman hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olundu və bacımdan şikayət ərizəsi qəbul olundu. Polis bölməsindən qayıdarkən Bəhruz Nigarı görüb qolundan tutaraq dartıb. Buna bacımın iş yoldaşları da şahiddirlər.

Bazar günü Bəhruz evimizə gəldi və qapımızı döyməyə başladı. Anam ona bildirdi ki, polis çağıracaq. Lakin Bəhruz "Kimi istəyirsən çağır, onsuz da onu öldürəcəyəm” deyə qışqırırdı. Bu hər kəsin gözü qabağında olub və qonşuları da buna şahiddir”.
 

 

A.Vahabova deyir ki, bacısı ona B.Əliyevin "facebook” hesabının parolunu ələ keçirib: "Fevralın 8-i isə Nigar özünü asdı. Nigar mənə demişdi ki, Bəhruz onun "Facebook” hesabını ələ keçirib və oradan dəyişikliklər edir. Nigarın ölümündən sonra, fevralın 10-da mən Nigarın "Facebook" hesabının onlayn olduğunu gördüm. Biz ona video zəng etdik, o isə açaraq "Nə istəyirsən? Cəhənnəm ol!” deyərək qışqırdı və səhifəni bağladı. Nigarın telefonu iPhone idi, iCloud sistemi ilə işləyirdi. Bəhruz isə həmin sistemin şifrəsini bilirdi, daxil olub bütün yazışmaları silib".

A.Vahabova deyir ki, bunlarla bağlı Yasamal rayon Prokurorluğunun müstəntiqi Cahangir Şükürov müraciət edərək məlumat verib: "Amma hələ də Bəhruz cinayət məsuliyyətinə cəlb edilməyib.
 

 

İntihar hadisəsi günü Bəhruz bacımın rəfiqəsi Səbinəyə zəng edib və "Nigar işə gəlməyib, onu polis axtarır, gəl, bəlkə sənə qapını açar” deyib. Səbinəni götürüb qardaşımın oxuduğu məktəbə gedib. Qardaşım evin qapısının açarını Səbinəyə verib. Bəhruz evə daxil olub, Nigarı da kəndirdən açan o olub. Sonra isə təcili tibbi yardım çağırıb və qaçıb. Bəhruz mənim nişanlım Nicata zəng edərək polisə təslim olmağa getdiyini deyib”.

Məsələ ilə bağlı olaraq Yasamal rayon Prokurorluğunun müstəntiqi Cahangir Şükürovla əlaqə saxladıq. O bu məsələ ilə bağlı danışmaq istəmədiyini bildirdi.

BAKU.WS