SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakının mərkəzi küçələrində olan bir çox heykəllər baxımsız haldadır.

BAKU.WS-in əməkdaşı həmin mərkəzi küçələrdə olub və heykəllərin şəkillərin çəkib. Şəkillərdən də aydın hiss olunur ki, heykəllərin təmizliyinə laqeyd yanaşılır. 

Azərbaycanın görkəmli şəxsiyyətlərinə bu cür münasibətin olması heç də ürəkaçan deyil.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova ilə əlaqə saxladıq. İH rəsmisi heykəllərin yuyulması işinə Bakı Şəhər İcra hakimiyyətinin baxdığını bildirsə də, məzuniyyət olduğunu deyərək konkret cavab verməkdən yayındı.
 
Hər halda heykəllərin təmizliyinə biganə yanaşmaq qəbul edilən deyil. 
 
BAKU.WS üzəri quş nəcisindən görünməyən Azərbaycanın tarixi şəxsiyyətlərinin heykəllərinin son vəziyyətini təqdim edir:
 
Ayşən Ayxan
BAKU.WS