VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan yelkənli idman növü - "470” yaxtaları üzrə dünya çempionatının keçirilməsindən imtina edib.

BAKU.WS azadlıq.org-a istinadən xəbər verir ki, Azərbaycan Yelkənli İdman Federasiyasının məlumatına görə, imtina maliyyə problemləri ilə əlaqədardır.

Yaxta idmanı üzrə dünya çempionatının 2016-cı ilin yayında Bakıda təşkil edilməsi qərara alınmışdı. Qərar 2015-ci ildə Afinada Beynəlxalq Yelkənli İdman Federasiyasının Baş Assambleyasının iclasında qəbul edilmişdi.

Yelkənli idman - "470” yaxtaları olimpiya idman növüdür.

Bununla belə bu il Azərbaycan Formula-I, 17 yaşlılardan ibarət futbol üzrə Avropa Çempionatının final oyunlarına və Şahmat Olimpiadasına ev sahibliyi edəcək.

BAKU.WS