SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso martın 8-də Bakıya gəlib.

"Report" xəbər verir ki, ispan pilot paytaxtımızda olduğunun "İnstagram" səhifəsində şəkil yerləşdirməklə bildirib. F.Alonso şəklin altına yazdığı şərhdə Bakıya salamlar göndərib.

2 günlük səfər zamanı o, tikintisi davam edən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə aparılan hazırlıq işlərinin gedişatını yerində izləyəcək. Səfər zamanı ispaniyalı pilot ardıcıl olaraq ensiz yoxuşlardan, İçəri Şəhər divarları ətrafındakı kəskin döngələrdən və avtomobillərin 340 km/saat sürət yığa biləcəyi sürətlənmə xəttindən keçəcək və şəhər trekində bu yay baş tutacaq yarışlarda "McLaren" komandasını gözləyən çoxsaylı çətinliklərlə əyani şəkildə tanış olmaq imkanı əldə edəcək.

Bununla yanaşı, F.Alonso, Bakıya səfəri çərçivəsində yerli və beynəlxalq media nümayəndələri və azarkeşlər ilə, o cümlədən Formula 1 yarışına hazırlıq prosesi ilə əlaqədar müxtəlif təlimlərdə iştirak edən Avropa Qran Prisinin könüllüləri və marşalları ilə də görüşəcək.

Bakı Şəhər Halqasının (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadaraidən aldığımız məlumata görə, "Hilton" mehmanxanasında mətbuat konfransı keçirəcək F.Alonso ardından avtoqraf sessiyası edəcək. Saat 16:00-da isə o, Hökumət evi ilə üzbəüz, bulvarda yığışan fanatlarla görüşəcək.
Qeyd edək ki, 34 yaşlı F.Alonso Formula 1 üzrə Dünya Çempionatının ikiqat qalibidir və hal-hazırda "McLaren" komandasının heyətində yarışır. 
 
BAKU.WS