VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyədə fırıldaqla və qadın alverilə məşğul olan azərbaycanlılar saxlanılıb saxlayıb.

BAKU.WS
-in məlumatına görə, Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində iki azərbaycnalı qadın saxlanılıb. Onlar birləşərək yaşlı kişiləri aldadır və evlənmək adı ilə onlardan külli miqdarda pul alırmışlar.

Qadınlar 88 yaşlı Niyazi Yalçın adlı kişini aldatmağa çalışarkən yaxalanıblar. Samira və Natalya Mahmudovalar birləşərək təqaüdçü kişini aldadıblar. Qadınlar kişidən 5 min dollar alıblar. Bu pul qarşılığında təqaüdçünün 55 yaşlı Natalya Mahmudova ilə evlənəcəyinə vəd veriblər.

Qadınların fırıldağını isə yaşlı təqaüdçünün nəvəsi aşkarlayıb. Oğlan qadınların şəklini polisdə görüb və bilib ki, onlar dələduzluğa görə axtarışdadırlar. Gənc dərhal polisə xəbər verib. Qadınlar saxlanıblar.


Faktla bağlı araşdırma aparılır.

BAKU.WS