Xalq artisti Aygün Kazımova ilk dəfə nazir oğlu ilə yaşadığı sevgidən danışıb.

BAKU.WS məlumat verir ki, müğənni bu haqda "ATV maqazin onlarla" verilişinin "İnanmayacaqsınız" rublikasında bəhs edib. Kazımova onları oğlanın valideynlərinin ayrıldığını bildirib:

"Bir sevgilim var idi. Bir-birimizi həddindən artıq çox sevirdik. Bizim sevgimiz ətrafımızdakıların sayəsində şəhərə yayıldı. O, məşhur bir iş adamının yeganə oğlu idi. Konsertimdə həmişə gəlib mənə qulaq asırdı. Şəhərdəki qızların aşiq olduğu biri idi. Mən onu tanımırdım. Aşiq olandan sonra tanıdım. Elə gözəl sevgimiz var idi. Dalaşanda da gözəl idi, küsəndə də. Çünki sevgi var idi. Onun valideynləri bundan xəbərdar oldular və düşündülər ki, oğullarını itirirlər. İtirmək qorxusu qarşısında aciz qaldılar. Ona sevgimi verməkdən, musiqi, sənət bəxş etməkdən başqa heç bir pisliyim dəyməyib. Konsertimə açıq-aşkar gəlirdi, hamı da bunu bilirdi. Bizi sevə-sevə ayırdılar. Onu başqa ölkəyə göndərdilər. Onun hər gedişini, zəngini nəzarət altında saxlayırdılar. Bizimki dəhşət ayrılıq oldu. 

İllər keçdi. Onu güclə evləndirdilər. Bir gözəl övladı dünyaya gəldi. Biz bir-birimizi yenə izləyirdik, dost kimi danışırdıq. Taleyimizlə barışdıq. O da barışmışdı, mən də barışmışdım. Mən onun ailəsini dağıtmayacaqdım ki. Demək o müğənni Aygün Kazımova ilə evlənməməli imiş. Tale elə gətirdi ki, o, ailəsindən ayrıldı. Ailəsini yeni evliliyinə görə pozdu və müğənni aldı. Elə bir müğənnini aldı ki, onun sənətə gəlməsində, ilk addımlarında mənim rolum, sevgim, dəstəyim olub. Deməli, onun taleyində müğənni ilə evlənmək var imiş. Bu evlilikdən də bir övladı var. Allah onları xoşbəxt eləsin. Bilirəm də ki, xoşbəxtdilər. Mən onun haqqında ona görə pozitiv danışıram, çünki mənlə kişi kimi ayrıldı. Heç vaxt məni valideynlərinin ayağına vermədi".

Qeyd edək ki, bir vaxtlar A.Kazımovanın energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə eşq yaşadığı xəbəri yayılmışdı. N.Əliyev hazırda müğənni Safurə Əliyeva ilə ailəlidir. Cütlüyün bir oğlan övladı var.
 
BAKU.WS
 

 




  


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ