VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Fövqəladə Hallar Nazirliyinin Dövltət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadis yataqxananın birinci mərtəbəsində artırılma eyvanda qeydə alınıb.
 
Hadisə yerinə çatan yanğınsöndürənlər ilk öncə bina sakinlərini evakuasiya ediblər. Daha sonra alovun yayılmasının qarşısı alınıb və yanğın söndürlüb. Yanğın söndürüləndən sonra məlum olub ki, 10 kv metr ərazi yanıb. Otaqdakı yorğan-döşək və digər əşyalar da yanıb. 

Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.

 

 

***14.19

 

Bakının Yasamal rayonu ərazisində yataqxanada yanğın baş verib.


BAKU.WS
-in məlumatına görə, hadisə ATV-nin binası yaxınlığında yerləşən, məcburi köçkünlərin məskunlaşdığı Azərbaycan Texniki Universitetinin yataqxanasında baş verib. Hadisə yerinə 5 yanğınsöndürən maşın və təcili yardım briqadası gedib.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yağından Mühafizə Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yanğınsöndürənlər hadisə yerinə yollanıblar.

Hələlik hadisə ilə bağlı ətraflı məlumat verilməyib.

Ziya Babayev
BAKU.WS