VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Mərkəzi Bankının səlahiyyətlərinin bir qismi əlindən alınaraq yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.

BAKU.WS
-in APA-ya istinadən verdiyi məlumata görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Mülki Məcəlləyə dəyişiklik edilib.

Dəyişikliyə əsasən məcəllənin 986-3.2.2. maddəsində (bank təminat olmadığından çekin tamamilə və ya qismən ödənilmədiyini çekin özündə qeyd etməli və ləngimədən onu çek sahibinə göndərməli, bu barədə belə çekləri imzalamış çek verənlərin reyestrini tərtib edən Azərbaycan Mərkəzi Bankına dərhal bildiriş göndərməlidir) "Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri "maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilir.

Bildirilib ki, bununla da bu səlahiyyət yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.

Dəyişiklikdə bundan başqa yeni quruma "Qiymətli kağızlar (investisiya fond payı istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınması” səlahiyyəti də verilməsi əksini tapıb.

Məcəllədə edilən digər dəyişikliyə əsasən də qiymətli kağızlarla bağlı bütün səlahiyyətlər Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.

Sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

BAKU.WS