SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Türkiyənin məşhur ATV kanalında yayımlanan "Esra Erolda” adlı evlilik proqramında azərbaycanlı bir qadın da iştirak edib.


BAKU.WS
-in məlumatına görə, Roza adlı həmin qadın özünü polis əməkdaşı kimi təqdim edib. O, bildirib ki, Azərbaycanda polis işləyib. Həmin qadın verilişdə bir neçə qalmaqalı ilə tanınıb.


Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlrə Nazirliyilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə BAKU.WS-ə açıqlamasında bildirdi ki, həmin insan yalan informasiya verib. Onun sözlərinə görə, DİN-də bel əqadın işləmir.


"Həmin xanım Azərbaycanın polis orqanlarında işləmir və heç zaman polis əməkdaşı olmayıb”.


Ziya Babayev

BAKU.WS