SİZİN REKLAM BURADA!
055 213 76 73


 

  

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunda ("OMD" xəstəxanası) vəfat edən 8 aylıq Şamilov Müşfiq Mikayıl oğlu haqqında rəsmi açıqlama verib.


BAKU.WS xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi  Səfayə Əhmədova ans press-ə məsələnin araşdırılacağını dedi. "Hər bir ölüm hadisəsi kimi, bu hadisə də Nazirliyin nəzarəti altındadır və səbəb araşdırılır”.

Səhiyyə Nazirliyi K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor vəzifəsini icra edən baş pediatr Nəsib Quliyev uşağın ölməsini qismət adlandırıb:


"Biz əlimizdən gələni etdik. Heç kim istəməzdi ki, belə olsun. Amma bir Allahın qismətidir. Uşaq xəstəxanaya ağır vəziyyətdə gətirilmişdi. Onun düz bağırsağı yox idi, hər şey sidik kisəsinə dolurdu. Bundan başqa, uşaqda bir böyrək də olmayıb. Uşaq iki dəfə əməliyyat olunub. Birinci dəfə əməliyyat yaxşı keçib. İkinci dəfə isə əməliyyata girməzdən əvvəl valideynləri ilə danışılıb. Deyilib ki, əməliyyat ağırdır, uşaq ölə də bilər. Onlar əməliyyata razılıq veriblər”, - deyə baş pediatr bildirdi.


Nəsib Quliyev balaca Şamilin qolunun amputasiya olunmasına da aydınlıq gətirərək, onun bədəninin bu cür ağır vəziyyətə tab gətirmədiyini və bunun ətraf toxumalara təsir eytdiyini bildirdi. Onun sözlərinə görə, toxumalar yavaş-yavaş daxilən çürüməyə başlayıb və bu barədə də uşağın anasının məlumatı olub.

8 aylıq Şamilov Müşviqin ölümü ilə bağlı məlumat ötən gün redaksiyamıza daxil olub. Bu barədə uşağın nənəsi bildirib. O, iddia edir ki, uşaq tam sağlam olub, hətta, xəstəxanadan çıxaranda da onlara belə deyiblər. Amma evə gətirdikdən sonra uşağın vəziyyəti pisləşib, qarnı şişib. Uşağı dərhal Bakıya Elmi-Tədqiqat Pediatriya İnstitutuna ("OMD" xəstəxanası) gətiriblər. Burada ona düz bağırsağının və bir böyrəyinin olmaması diaqnozu qoyulub.


Bundan sonra uşağı bir dəfə cərrah Bakıya Elmi-Tədqiqat Pediatriya İnstitutunun cərrahı Gündüz Ağayev əməliyyat edib. İkinci əməliyyatın da olacağını bildirəm həkim, onun ağır keçəcəyini və fəsadının da ağır olacağını qeyd edib. Uşaq əməliyyatdan çıxsa da, vəziyyəti ağır olduğundan reanimasiyada saxlanılıb. Bir gün sonra uşağın ürəyi fəaliyyətini dayandırıb. Reanimasiyon müdaxilədən sonra ürək fəaliyəti bərpa olunsa da, bu fonda onda pnevmaniya inkişaf edib. Uşağın bir qolundan çürümüş toxumalar götürülüb. Daha sonra uşaq vəfat edib.

 

BAKU.WS