VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Gəncədə ağır yol qəzası baş verib.

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından anspress-ə verilən məlumata görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

Şəhər sakini, 1992-ci il təvəllüdlü Əziz Həsənovun idarə etdiyi "QAZel" markalı avtomobil sürücüsü müəyyən edilməyən avtomobillə toqquşub. Hadisə zamanı 24 yaşlı sürücü Əziz Həsənov və avtomobildə olan sərnişinlər - 49 yaşlı Surxay Bayramov və 31 yaşlı Vüsal Pirani müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan hər üç yaralının vəziyyətinin orta ağır olduğu, müalicələrinin davam etdirildiyi bildirilib.

Xəstaxanadan verilən məlumata görə, qəzaya uğrayan avtomobil Gəncə Şəhər İcra Hakimiyyətinə məxsus olub və fəhlələrin də icra hakimiyyətinin işçiləri olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
 
BAKU.WS