VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Bu günkü döyüş 15 ilin həsrətdir. Boksa başlayanda məqsədim məhz bu titul uğrunda döyüşmək idi. Artıq həmin vaxt çatıb. Bu döyüşün təşkilinə görə şəxsi menecerimə və "Qəbələ” Idman Klubunun rəhbərliyinə təşəkkür edirəm”. 

BAKU.WS məlumat verir ki, bu sözləri Azərbaycanın ilk peşəkar boksçusu, "Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədov bu gün peşəkar boks tariximizdə ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda Uqanda təmsilçisi Badru Lusambiaya qarşı keçirəcəyi döyüşdən öncə deyib.

F. Məmmədov boks həvəskarlarını sevindirmək üçün əlindən gələni edəcəyini qeyd edib: "Bu gün mən 1 yox, 2 Farizin adından vuruşacağam. "Qəbələ” Idman Klubunun vitse-prezidenti Fariz Nəcəfovu nəzərdə tuturam. Həm də onun üçün döyüşəcəm. Avqustdan hazırlıqlara start vermişik. Döyüşə çox ciddi yanaşıram. Bütün gücümlə vuruşacam. Bu, karyeramdakı ən vacib döyüşdü. Boks həvəskarlarını sevindirmək üçün əlimdən gələni edəcəyəm”.

Xatırladaq ki, döyüş bu gün saat 19:00- da Boks Federasiyasının yarış zalında baş tutacaq. Giriş sərbəstdir.
 
BAKU.WS