SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Mərkəzi Bank banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnəni müəyyənləşdirib.

Azərbaycan Mərkəzi Bankından (AMB) BAKU.WS-ə verilən məlumata görə, bununla da, AMB-nin bu gün USD/AZN rəsmi məzənnəsi cüzi ucuzlaşaraq 1,5940 təşkil edib.
 
Ötən gün dolların məzənnəsi 1,5972 USD/AZN olaraq müəyyən edilmişdi.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır.
 
AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir.

BAKU.WS