SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Dünən Sumqayıtda üstündən avtobus keçən qız qəza zamanı ağır xəsarət alsa da, vəfat etməyib.


Bu barədə Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasından BAKU.WS-ə bildirdilər. Verilən məlumata görə hadisə dünən saat 11:30-da Babək prospektində qeydə alınıb.

Qəza zamanı Səbinə Elşən qızı Babayeva ağır kəllə-beyin travması alıb. Onu huşsuz vəziyyətdə xəstəxanaya aparıblar. Xəstəxanaya aparılarkən komada olub. Həkimlər onun özünə gəldiyini deyirlər. Amma vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, dünən vəzi kütləvi informasiya vasitələrində həmin hadisənin görüntüləri yayılmışdı. Bildirilirdi ki, qəza zamanı üstündən avtobus keçən qız vəfat edib. Bu barədə ətraflı "Sumqayıtda avtobus qızın üstündən keçdi”, adlı xəbərdən oxuya bilərsiz.

Ziya Babayev
BAKU.WS