SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə məşhur müğənni Muazzez Ərsoyun azərbaycanlı prodüsserini soymağa çalışıblar.
 
BAKU.WS-in məlumatına görə, polis kimi davranan şübhəli şəxs Ərsoyun oğlu zənn etdiyi müğənninin köməkçisi Azərə zəng edib. "Biz terrorla mübarizə polisiyik, hesablarınız terror təşkilatı tərəfindən ələ keçirildi. Şübhəliləri tutmaq üçün 100 min lirəlik köməyinizə ehtiyacımız var" deyən saxtakar bu yolla müğənninin pulunu almaq istəyib. 

Şübhəlinin istədiyi 100 min lirəni verəcəyini söyləyən Azər zəng edənin fırıldaqçı olduğunu anlayaraq vəziyyəti polisə bildirib. Bundan sonra polis əməkdaşları saxtakarı ələ keçirmək üçün plan qurub və Azərin şübhəli şəxslə təkrar danışmasını istəyib.

Şübhəli şəxsə zəng edən Azər "Anama aid olan kartları istifadə edərək istədiyin pulu çıxardım. Etilərdə görüşək" deyə bildirib. Şübhəli görüşmə nöqtəsində Azərin əlindəki paketi almaq istəyərkən ətrafda olan polis əməkdaşları tərəfindən iş başında yaxalanıb. 

Azərin sosial şəbəkələrdən tez-tez Muazzez Ərsoyla şəkillərini paylaşması cinayətkarı çaşdırıb. Məhz buna görə fırıldaqçı Azəri Ərsoyun oğlu zənn edib və onu aldadaraq pulları almaq istəyib. 
 
BAKU.WS