SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda "Garant Media Holding"in təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan nüfuzlu "National Geographic" 2014-cü ilin mart ayından fəaliyyətə başlayıb.
 
BAKU.WS-in əldə etdiyi məlumata görə, məşhur jurnalın Azərbaycanda fəaliyyəti bir müddətdir ki dayandırılıb. "Garant Holding"in tərkibinə daxil olmuş məşhur marka bazara iki jurnal təqdim edirdi - "National Geographic Azərbaycan" və "National Geographic Kids Azərbaycan" (uşaqlar üçün). Jurnalın son nömrəsi 2015-ci ilin sonunda, noyabr ayında işıq üzü görüb. Ümumi olaraq jurnal Azərbaycanda bir ildən bir az çox fəaliyyətini davam etdirib. 

Əldə etdiyimiz məlumatlara görə, Azərbaycanda jurnalın fəaliyyətinin dayandırılmasına əsas səbəb maliyyə problemləri, həmçinin ölkədə çap mediyası bazarının ağır vəziyyətidir.

Xatırladaq ki, "National Geographic" dünyada tanınmış markadır. 2014-cü ilin mart ayından Azərbaycanda "Garant Media Holding"in təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində təntənəli nümayişdən sonra 1 sentyabrda ilk nömrəsini təqdim etmişdi. "National Geographic Azərbaycan" jurnalı ölkənin bütün nöqtələrində satışa çıxarılmışdı. 

Jurnalın qiyməti 4 manat təşkil edirdi. Bu qiymətə Azərbaycanın istənilən nöqtəsinə çatdırılma daxil idi.

BAKU.WS