SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında əhalinin banklara dollar kreditlərinin ödənilməsi ilə bağlı məsələyə dair qərarın qəbulu təxirə salınıb.

BAKU.WS-in Virtualaz.org-a istinadla verdiyi məlumata görə, iclasda səsləndirilən fikirlərə görə, ilk növbədə bank sisteminin işi tənzimlənməli və bu sektorda sabitlik yaranmalıdır.
 
Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, yalnız bundan sonra dollarla olan kreditlərin ödənilməsi məsələsinə baxmaq olar. "Əvvəlcə bankları stabilləşdirək. Siz hər şeyi birdən istəyirsiniz. Hazırda böhrandır. Qoyun, banklar normal fəaliyyət göstərsin, kreditlərlə bağlı məsələlər isə gələcək perspektivdə müzakirə oluna bilər”, - parlamentin spikeri belə deyib. 
 
Deputat Əli Məsimli isə bildirib ki, dollarla krediti olanların taleyi məsələsi gündəmdədir: "Bunun bütün ağırlığını bir qurumun üzərinə atmaq olmaz. Bunu 4 yerə bölməklə həll etmək olar. Mərkəzi Bank, kommersiya bankları, hökumət və əhali arasında bölüşdürülməlidir. Konstitusiya Məhkəməsinin qərarına yenidən baxılmalıdır. Çünki kommersiya banklarındakı pulun 70%-i əhalinindir”.

Millət vəkili Qüdrət Həsənquliyev qeyd edib ki, sahibkarların güzəştli kreditləşdirilməsi üçün 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulan 250 mln. manat olduqca az məbləğdir: "Xaricdən 1-2 mlrd. manat gətirib banklarda yerləşdirmək lazımdır. Buna nəzarəti isə İqtisadiyyat Nazirliyinə vermək olar. Sahibkarlara 2,25 mlrd. manat vermək lazımdır”.
 
BAKU.WS