SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Prezident İlham Əliyev maaşların artırılması ilə bağlı sərəncamlar verib.
 
BAKU.WS-in məlumatına görə, dövlət başçısı sosial təminat müəssisələrində çalışan işçilərin, mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin, səhiyyə müəssisələrində çalışan işçilərin, təhsil müəssisələrində çalışan işçilərin, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam verib.
 
Sərəncama əsasən, işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılacaq. Prezident Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etməyi tapşırıb.
 
BAKU.WS