VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İrana qarşı tətbiq olunan embarqonun ləğv edildiyini açıqlayıb.
 
BAKU.WS-in məlumatına görə, Beynəlxalq Agentlik İrana tətbiq olunan sanksiyaların qaldırılması ilə bağlı son hesabatı üzv ölkələrə göndərib. Agentlik rəsmiləri İranın bütün lazımi tədbirləri aldığını təsdiq edib. İran ilə Agentlik əlaqələrinin yeni bir mərhələyə qədəm qoyduğu, bu günün bəşəriyyət üçün əhəmiyyətli bir gün olduğu bildirilib. 

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin hesabatından sonra ABŞ, BMT və Avropa İttifaqı (Aİ) İrana qarşı tətbiq edilən sanksiyaları ləğv edib. ABŞ dövlət katibi Con Kerri ABŞ-ın İrana qarşı sanksiyaları ləğv etdiyini şəxsən açıqlayıb. 

ABŞ prezidenti Barak Obama İranın nüvə razılaşmasının həyata keçirilməsi üçün lazımlı addımları atdığının təsdiqləməsindən sonra sanksiyaların ləğvi ilə bağlı sərəncam imzalayıb. 

 
Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi Federika Mogerini İran üzərindən sanksiyaların götürüldüyünü bəyan edib. Onun sözlərinə görə, İrana qarşı tətbiq olunan iqtisadi və maliyyə sanksiyaları götürülüb. 
 
BAKU.WS