VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dövlət başçısı İlham Əliyevdən Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin rəhbəri vəzifəsinə təyinat olub. 

 

BAKU.WS-in məlumatına görə, prezident İlham Əliyev Vüsal Kərimlinin Bakı Nəqliyyat Agentliyinin baş direktoru təyin olunması ilə bağlı müvafiq sərəncam imzalayıb. Bunadək isə Vüsal Kərimli "Baku Bus” MMC-nin direktor müavini vəzifəsində çalışırdı. 


Qeyd edək ki, dövlət başçısının dekabrın 21-də imzaladığı fərmana əsasən Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılmışdı. Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə tapşırılıb ki, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsinə aid normativ hüquqi aktların müddəalarına riayət edilməsinə nəzarətin həyata keçirilməsi, habelə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görsün.

 

Bakı Nəqliyyat Agentliyinin işçilərinin ümumi say həddi 160 ştat vahidi müəyyən edilib. Nəqliyyat Nazirliyinin tabeliyində olan "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Agentliyin tabeliyinə verilib.


BAKU.WS