SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasov haqda bu ölkənin Miqrasiya Xidməti tərəfindən deportasiya qərarı çıxardığı haqda xəbər yayılıb.

BAKU.WS-in məlumatına görə, Moskva məhkəməsinin bu haqda qərarı hələ 12 apreldə çıxardığı deyilir. Yayılan məlumatlarda Fuad Abbasovun artıq saxlanıldığı və deportasiyanın sabah həyata keçiriləcəyi bildirilirdi. Ancaq Fuad Abbasov özü bu məlumatın yanlış olduğunu deyib.

"Əgər belə bir qərar varsa bu haqda mənim xəbərim yoxdur? İlk olaraq bunu mən bilməliyəm. Bu dezinformasiyanı separatçılar mənim Rusiyadakı fəaliyyətimə problem yaratmaq üçün uydurublar", deyə Fuad Abbasov deyib.

BAKU.WS