Aprelin 4-də Bakının 162 saylı orta məktəbinin 3-cü mərtəbəsindən özünü ataraq canına qıyan 8-ci sinif şagirdi Elina Hacıyeva ilə bağlı yeni faktlar ortaya çıxıb.

Elina Hacıyevanın anası Sevil Hüseynova BAKU.WS-ə bildirib ki, qızı həmin gün saat 09:30 radələrində özünü pəncərədən atıb.

Şagirdin intihara cəhd anın məktəbin təhlükəsizlik kamerasına düşüb. Görüntülərdə də hadisənin 09:37-də baş verdiyi görünür.


Hadisə yerinə Təcili tibbi yardım briqadası saat 11:06-da çağırılıb və bundan 6 dəqiqə sonra, yəni 11:12-də həkimlər məktəbdə olublar.

Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Elina təcili tibbi yardım maşını ilə saat 11:36-da xəstəxanaya çatdırılıb. Yəni qızcığaz özünü pəncərədən atdıqdan 1 saat 59 dəqiqə sonra.

Elinanın ən yaxın rəfiqəsi, 9-cu sinif şagirdi Züleyxa Şirinova da deyilənləri təsdiq edir.

“Hadisə 2-ci dərsdən sonrakı tənəffüs fasiləsində təxminən saat 09:30-da baş verib. Elina özünü atdıqdan sonra direktor göstəriş verib ki, Elinanın qanını yerdən yusunlar.

Bundan sonra qızı direktor otağına apararaq sorğu-suala tutublar. Həmin anı kameraya çəkiblər. Elinanın bədənindən qanı da təmizlədilər. Təcili yardım isə təxminən saat 12-də çağırıldı”, - deyə Züleyxa Şirinova bildirib.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ